Allaha verdiyim sözü tutmadım, bunun kəffarəsi varmı?
Sual:
Salam mən Allaha söz verdim ki pis fikirlər gəlsə namaz qılacam və sözümü tutmadım bunun kəffarəsi varmı? Xahiş edirəm cavab yazın çox narahatam Allah razı olsun
Cavab:
Aleykum salam. Əgər hansısa bir iş üçün namaz qılmağı nəzir etmisinizsə, gec də olsa, onu qılın. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın". (Səhih əl-Buxari, 6696). Həmçinin oxuyun: Allaha qarşı pis fikirlərə düşmək günahdırmı?