Stulda oturaraq namaz qılmaq olarmı?

    12.01.2014
Sual: 
Salam. Stlun ustunde namaz qilmaq olarmi? Eyilib qalxanda ayaqlarım ağrıyır.
Cavab: 

Və aleykum Salam. Əgər vəziyyət həqiqətən sualda deyilən kimidirsə, yəni ayaqlar ağrıyır və ya səhhətlə bağlı əyilib qalxmaq çətindirsə, oturaq halda namaz qılmağa icazə verilir. Rəvayət edilir ki, İmran ibn Husayn (radıyəllahu anhu) demişdir: "Mən babasil xəstəliyi­nə tu­tulmuşdum. Odur ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu vəziyyətdə namaz qılmaq barə­sində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bu­nu da bacarmırsansa, uzanan yerdə qıl". (əl-Buxari, 1117).

Teqlər: 
Paylaş: