Dəfələrlə yuxuda mənə cadu edildiyini deyiblər, nə edim?

    01.03.2015
Kimdən: 
Müsəlman
Sual: 
Əs Sələmu aleykum. Mənə yuxuda neçə dəfə deyiblər ki, mənə və atama cadü olunub. Bir dəfə göstərdilər ki, rayondakı evimizin həyətinə basdırıblar (yerini də dəqiq göstərdi), bir dəfə isə yuxuda atamın obyektində idim mənə dedilər ki, atana cadü olunub ki, onun pulunu hamı oğurlasın və onun xəbəri olmasın. Həqiqətən də neçə illərdir atamın işçiləri onun pulunu gizlində oğurlayır atamın isə SubhənAllah sanki kimsə gözünü tutur ki görməsin bu olanları. Bu gün isə yuxuda gördüm ki, telefonuma bir məktub gəlir və yazılıb ki sənə sehr olunub ki bu vərdişindən asılı qalasan. Mənim isə illərlə heç kimə deyə bilmədiyim pis vərdşim var, qurtulmaq istəyirəm alınmır. Mən nə edim? Düzdür biz yuxularla hərəkət etmirik, lakin bu sehrlə bağlı yuxular məni çox düşündürür. Ruqya mı edim? Nə edim mən? CəzəkAllahu xayran.
Cavab: 

Aleykum salam. Bu hallar tamam aradan qalxana qədər burada yazılanları edin: Cadudan necə qorunmaq olar? 
Həmçinin ruqya etdirə bilərsiniz. Allah kömək olsun.

Teqlər: 
Paylaş: