Valideynlərdən xəbərsiz hicama və ruqyə etdirmək olarmı?
Aleykum salam. Uca Allah bizə hər bir halda valideynlərlə gözəl davranmağı əmr etmişdir: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24).
Əgər sizin ciddi probleminiz varsa və şəfa tapmaq üçün yol bundadırsa, o halda valideynlərdən xəbərsiz hicama və ruqyə etmək olar. Qadına hicamanı qadın etməlidir, ruqya isə əgər kişi tərəfindən ediləcəksə, tək olmamalı, başqa bir nəfərlə getməlisiniz. Ruqya edən adam əlini başınıza qoyduqda dəsmal və ya başqa şeyin üzərindən qoymalı və sizə toxunmamalıdır.