Fotoqraf sənəti ilə əldə edilən gəlir haramdırmı?

    07.03.2015
Sual: 
salam..indiki zamenede fotograf seneti cox yayilib ve buna cavanlar gelir elde etmek ucun cox meyl edirler bilmek isterdim bu senet islamda haramdi?..ve bununla gelir elde etmek ne derecede duzgundur..evvelceden tewekkurler!
Cavab: 

Aleykum salam. Zəruri hallarda (məsələn, sənəd üçün) insan və heyvan fotoları çəkmək, həmçinin ruhu olmayan şeylərin (təbiət, avtomobil, tikili və s.) fotosunu çəkmək icazəlidir. Zəruri olmayan hallarda ruhu olan canlıların (insan, heyvan və s.) fotosunun çəkilməsinin icazəli olub-olmaması alimlər arasında ixtilaflıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) rəssamın əllə ruhu olan canlıların şəklini çəkməsini qadağan etmişdir. Bəzi alimlər fotonu da buna bənzədərək qadağan etmişlər. Digərləri isə bunu şəkil çəkmək yox, olan şəklin güzgü kimi əksini çıxarılmasına aid etmişlər. Amma bu alimlər də açıq geyinmiş qadının şəklini çəkmək kimi haram olan hallarda foto çəkilməsini qadağan etmişlər.

Teqlər: 
Paylaş: