Bidət və paltarı qısaltmaq barədə
Aleykum salam. Bidət sözünün hərfi mənası öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək deməkdir. Bidət dinə gətirilən yeniliklərə deyilir. Peyğəmbərimiz dini məsələlərdə yenilik gətirməyi qadağan etmiş və belə demişdir: “Bizim bu işimizə (dinimizə) onda olmayan bir şeyi gətirərsə, bu, rədd olunar.” (Səhih əl-Buxari, 2697). Bu və digər bidətlə bağlı səhih hədislərdən məlum olur ki, bidət etməyin qadağan olunması dini məsələlərə aiddir və bunun dünyəvi məsələlərə heç bir aidiyyatı yoxdur. Bu Cavabı buradan oxuyun: Bidət nədir və elm, texnikanın inkişafı bidət sayılırmı?
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Paltarı uzatmaq izarda, köynəkdə və əmmamədə olur. Kim bunların birini təkəbbürlükdən uzadarsa, Allah qiyamət günü ona tərəf baxmaz" (Əbu Dəvud: "Geyim kitabı"; əl-Buxari, 5783; Muslim, 2085).
Əbu Zərr rəvayət edir ki, Peyğəmbər demişdir: “Üç qisim insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik onları üzücü bir əzab gözləyir”. Əbu Zərr dedi: “Peyğəmbər (buna dəlalət edən) ayəni üç dəfə oxudu. Mən dedim: “Onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ya Rəsulullah?” Peyğəmbər buyurdu: “(Libasının) ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını sırıyan (kimsələrdir)”.(Muslim, 106).
Bu və digər səhih hədislərdən məlum olur ki, təkəbbürlük edərək paltarın ətəklərini uzatmaq böyük günahdır. Bəzi insanlar bu hədisləri dəlil göstərərək bu hökmü yalnız təkəbbürlüklə əlaqələndirirlər. Lakin, buna baxmayaraq paltarı təkəbbürlük etmədən uzatmaq da səhih hədislərə əsasən qadağan edilmişdir. Peyğəmbər demişdir: “Paltarın topuqdan aşağı düşən hissəsinə görə bu topuqlar Cəhənnəm odunda yanacaqdır” (Səhih əl-Buxari, 5787).
Kim təkəbbürlük etmədən libasınızın ətəyini topuqdan aşağı salsa, onu aşağı saldığına görə topuqları Odda yanacaq. Kim də bununla yanaşı təkəbbürlük edərsə, onda daha böyük əzaba düçar olacaq. Qiyamət günü Allah onu danışdırmayacaq, üzünə baxmayacaq və onu təmizə çıxarmayacaq. Üstəlik onu üzücü bir əzab gözləyir.