Davamlı olaraq günah etmək insanı dindən çıxarda bilərmi?

    10.03.2015
Kimdən: 
gunay
Sual: 
Salam,bir sexs melumdur ki dini,Allahi inkar etse imani yox olacaq.Bes bir insan dini,Allahi inkar etmese amma davamli cox gunah islese yene imannan cixacaq? Yeni bele desek,iman daha cox inkar etmekle yox olur yoxsa gunah islemekle?
Cavab: 

Aleykum salam. Davamlı olaraq günah etmək insanı dindən çıxarmır, amma dindən çıxmağa apara bilər. Bu iman zəifliyinin əlamətidir. İbn Məsud (radıyallahu anhu) demişdir ki, "Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir (günahkar) isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər". (Buxari).

Davamlı günah edən insan onun üçün tövbə qapısı bağlanmamış tövbə etməli və günahdan çəkinməlidir. Uca Allah buyurur: "Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: "Mən indi tövbə etdim!"– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq" (ən-Nisa, 18)
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah gündüz günah edənlərin tövbələrini qəbul etmək üçün gecə əlini uzadır. Gecə günah edənlərin tövbələrini qəbul etmək üçün də gündüz əlini uzadır. Bu, (Qiyamət günü) günəşin şərqdən doğma (əks tərəfdən çıxma) vaxtına qədər belədir". (Muslim, 2759).
Belə olan halda insanı tövbə etməkdən nə saxlayır? Həmçinin oxuyun: Günahdan əl çəkməyin yolları

Teqlər: 
Paylaş: