Qadın ilə kişinin qıldığı namaz fərqlidirmi?

    12.01.2014
Sual: 
Salam aleykum. Qadinla kishinin qildiği namaz eynidirmi? Yeni kishiler ellerini sinenin uzerine qoymalidir? Sunnilerde ise kishiler ellerini qarninin ustune qoyurlar. Mehemmed Peygember (Allahin Ona ve ailesine salami ve salavati olsun) ellerini sinenin uzerine qoyub. Bu doğrudurmu?
Cavab: 
Aleykum salam. Üməmən islamda məzhəbçilik və təfriqəçilik yol verilməzdir. Allah Təala belə buyrur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali İmran, 103).
Qadınla kişinin namazı qılmaq formasına gəldikdə isə namaza aid kişiyə şamil olunanlar qadına şamil olunur. Həmçinin peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) buyurub: "Mən necə namaz qılıramsa, siz də namazı elə qılın". (Səhih əl-Buxari, 631).
Digər səhih bir hədisdə isə əlləri sinənin üstünə qoymaqla bağlı belə deyilir: "Biz peyğəmbərlərə namaz vaxtı sağ əli sol əlin üstünə qoymağı əmr olunmuşdur".  
Və peyğəmbər (salləllahu aleyhi va səlləm) belə etməyi səhabələrinə də də əmr etmişdi. Əbu Davud və Nəsai (Allah onlara rəhmət eləsin) rəvayət etmişdirlər ki, Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: "Mən qərara aldım ki, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) namazı necə qılmağına baxacam. Mən ona baxdım, o qalxdı və təkbir gətirdi, əllərini qulaqlarının (səviyyəsinə) çatana qədər qaldırdı. Sonra o sağ əlini sol əlinin, biləyinin və qolunun üzərinə qoydu". 
əs Sindi "Haşiyat ən-Nəsai" əsərində demişdir: "Sonra o sağ əlini sol əlinin, biləyinin və qolunun arxasına qoydu".
Bilək əl ilə qol arasında oynaqdır. Burada ifadə olunan məna odur ki, o əlini elə şəkildə qoydu ki, sağ əlinin ortası biləyin üzərinə düşdü, yəni bunun bir hissəsi sağ əlin, bir hissəsi isə qolunun üzərinə düşdü.
ən-Nəsai (Allah ona rəhmət eləsin) rəvayət etmişdir ki, Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: "Mən Allahın Rəsulunu (salləllahu aleyhi və səlləm) namaz qıldığını gördüm; o sağ əlini sol əlinin üzərindən tutmuşdu".
əl-Albani "Səhih ən-Nəsai"-də hədisi səhih olaraq təsnif etmişdir.
Məşhur hədis  alimi əl-Albani (Allah ona rəhmət etsin) "Sifət Salatun-Nəbiyyi" əsərində səhifə 68-də demişdir: "O (salləllahu aleyhi və səlləm), bəzən sağ əlini sol əlinin arxasına, biləyinə və qoluna qoyardı və səhabələrinə bu cür etməyi söləmişdir, bəzən də sağ əli ilə sol əlindən tutardı və əllərini sinəsinə qoyardı".
Teqlər: 
Paylaş: