Allahın "əş-Şə'fi" adının mənası

    13.02.2015

əş-Şə’fi sözü şəfa verən deməkdir. Bəndələrinə şəfa verən yalnız Allahdır. Allahın əş-Şə’fi adı Peyğəmbərin hədisində zikr edilir. Aişə rəvayət edir ki, Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - xəstəni ziyarət etdikdə və ya onun ya­nı­na xəstə gətirildikdə onun üçün dua edib deyərdi: “Ey insanların Rəbbi, xəstəliyi aradan qaldır, şəfa ver, şəfa verən (əş-Şə’fi) Sənsən! Sənin verdi­yin şəfadan başqa şəfa yoxdur. Sənin verdiyin şəfadan sonra heç bir xəstəlik qalmır”. (əl-Buxari, 5675).
əş-Şə’fi olan Allah, insanın qəlbində və bədənində olan hər bir xəstəlikdən şəfa verəndir. Allah bədənə şəfa verdiyi kimi qəlbə də şəfa verir. Bəzən Uca Allah şəfanı gecikdirir ki, insan günahlardan təmizlənsin. Allah Elçisi demiş­dir: “Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələk­lərim! Mən qulumu iplərimdən biri ilə bağ­ladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox əgər onu sağaltsam, günah­larından təmizlən­miş olar!”
 

Paylaş: