Duanın tez qəbul olunması üçün məscidə gedib orada dua etmək olarmı?
Sual:
Salam aleykum. Men en boyuk duam var ve her gunde dua edirem ve qebul olana kimide hemiwede dua edacam. Yalniz bir wey soruwmag isteyirem men mescide gedib dua eda bileremki tez qebul olsun???
Cavab:
Aleykum salam. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736).
Məscidə gedərək orda dua edə bilərsiniz, həmçinin camaat namazlarında iştirak edə bilərsiniz. Azanla iqamə arasındakı vaxt duaların ən çox qəbul olan vaxtlarındandır. Həmçinin günahlardan çəkinmək və ibadəti çoxaltmaq da duanın qəbul olunmasını tezləşdirir. Daha ətraflı:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?