Namaz qılmayan insanın cənazə namazı qılınırmı?

    14.03.2015
Kimdən: 
rustem
Sual: 
salamun elykum.NAMAZ qilmayan insan muselmandirsa ona cenaze NAMAZi qilinmalidirmi? NAMAZ qilan insan muselman sayilirmi?
Cavab: 

Aleykum salam. Bəli, namaz qılmayan insan müsəlmandırsa, cənazə namazı qılınır. Daha ətraflı: Namaz qılmayanın müsəlman olması haqda
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Müsəlmanın müsəlman üzərində altı haqqı var. Orada olanlar dedilər: "Ey Allahın elçisi, onlar hansılardır?" O buyurdu: "Onunla qarşılaşdıqda salam ver. Səni dəvət etdikdə qəbul et. Səndən nəsihət istədikdə nəsihət ver. Asqırıb "Əlhəmdulilləh" (həmd olsun Allaha) deyəndə sən də ona "Yərhəmukəllah" (Allah sənə rəhm etsin) de. Xəstələndikdə ziyarət et. Vəfat etdikdə cənazəsini müşayiət et".  (Muslim: "Salam"; 2162, 4023, 5778; ət-Tirmizi: "Ədəb", 2737; ən-Nəsəi: "Cənazələr", 1938; Əhməd, 2/412; №: 8973; əd-Dərimi: "İsti'zən", 5; İbn Məcəh: "Cənaiz", 43).

Paylaş: