Rəcəb ayı hansı aydır?

    12.03.2015
Kimdən: 
murad
Sual: 
salamun eleykum bele gozel sait acdiginiz ucu tesekkur edirem.men bilmek isteyirem ki Receb ayi hansi aydir? bizim aylarin adiile adi nedir?
Cavab: 

Aleykum salam. Rəcəb ayı Hicri-Qəməri təqvim aylarının yeddincisidir. Rəcəb ayı gələndə Rəsulullah (sallallahu aleyhi və səlləm) dua edərdi: "Allahım, bizə Rəcəbdə və Şabanda bərəkət ver və bizi Ramazana çatdır". Hicri-qəməri təqvim bizim istifadə etdiyimiz günəş təqvimindən 10 gün qısa olduğu üçün, həmin təqvimdəki aylar bizim aylarla üst-üstə düşmür, bizim təqvimlə hər il əvvəlkindən 10 gün irəli tarixə düşür. Həmçinin oxuyun: Rəcəb və Şaban aylarında Ramazana necə hazırlaşmaq lazımdır?

Paylaş: