Özümü riyakar hiss edirəm, nə edim?

    15.03.2015
Sual: 
Salam aleykum Ozumu cox riyakar hiss eliyirem, birden heqqiqeten bele oldugumu dusunurem, Xahiş eliyirem mene komek eliyin. Men nece eliyim bunun ucun bir dua varmi ve yaxud riyakar insanin elametlerin yaza bilersiz zehmet olmasa inden cox sagolun.
Cavab: 

Aleykum salam. Bu şeytanın vəsvəsəsidir, vəsvəsəyə isə fikir vermək lazım deyil. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurub: "Uca Allah ümmətimdən nəfslərində etməyi arzuladıqları şeyləri etmədikləri və danışmadıqları müddətcə əfv etdi". (Səhih əl-Buxari, 7/59).
Daha ətraflı: Ürəyimə gələn riyakarlıq hislərindən necə qurtula bilərəm?
Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allaha dua edərək belə deyərdi: "Allahummə innii əuuzu bikə minə-l-Ac'zi, va-l-Kəsəl, va-l-Cub'ni, va-l-Bux'li, va-l-Hərami, va-l-Qasvati, va-l-Ğafləti, va-l-Ayləti, va-z-Zilləti, va-l-Məskənəti. Va əuuzu bikə minə-l-Faq'ri, va-l-Kufri, va-l-Fusuqi, va-ş-Şiqaqi, va-n-Nifəqi, va-s-Sum‘ati va-r-Riyəəi. Va əuuzu bikə minə-s-Saməmi, va-l-Bəkəmi, va-l-Cununi, va-l-Cuzəmi, va-l-Bərasi, va səyyi-il-Əsqami - Allahım, zəiflikdən, təmbəllikdən, qorxaxlıqdan, xəsislikdən, taqətsizlikdən, zalımlıqdan, huşsuzluqdan və kimdənsə asılı olmaqdan, sapmaqdan və ehtiyaclı olmaqdan Sənə sığınıram. (Həmçinin) yoxsulluqdan, küfrdən, fasiqlikdən, bədbəxtçilikdən, nifaqdan və riyadan Sənə sığınıram. (Həmçinin) karlıqdan, lallıqdan, dəlilikdən, cüzamdan, çürümədən və ən pis olan xəstəliklərdən Sənə sığınıram"). (əl-Hakim. Hədis səhihdir. Bax: "Səhih əl-Cami" kitabı, 1/407, 1285). 
Həmçinin demişdir: "Allahım! Bilərəkdən edə biləcəyim şirkdən Sənə sığınıram və bilmədən etdiyim şirkə görə də Səndən bağışlanma diləyirəm". (İmam Əhməd "Musnəd", 4/403).

Teqlər: 
Paylaş: