Riyakarlıq hissindən necə xilas ola bilərəm?

    11.04.2014
Sual: 
Salam aleykum. Men bu hisden, yeni riyakarliqdan nece qurtula bilerem? Men bele olmaq istemirem. Bu hiss meni chox narahat edir. Xahiş edirem mene komek edesiniz. Men neyniye bilerem? Allah rizasi uchun etrafli yazin. İnden chox sag olun. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir. Allah Təala Öz mübarək kitabında riyakarlıq edənlər haqda belə demişdir: "Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz". (əl-Bəqərə, 264).
Əgər sizə riya hissləri gəlirsə, bilin ki, bu şeytanın vəsvəsəsidir. Bu vəsvəsələrə fikir verməyin və xeyir əməllər etməyə davam edin. Şeytan insanı xeyir əməllərdən çəkindirmək üçün riya vəsvəsələri verir. Bilin ki, insana gələn fikirlər, hisslər əmələ keçmədikcə insana günah yazılmır. İbn Abbas rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın Elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahu Əkbər! (Şeytanın) işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" (İbn Hibban, 147). Həmçinin oxuyun: Riyakarlığın aqibəti  

 

Teqlər: 
Paylaş: