Həyat yoldaşının toxunması dəstəmazı pozurmu?
Sual:
salam Aleykum.destemaz aldiqdan sora yoldasimin eli elime deyerse o mene toxunarsa destemaz sinirmi yeniden almalıyam?2 ci sualim namaza başlayandan sora mede yelini çıxmaması üçün necbur saxlamaq namaza devam etmek namazı pozurmu.günahdirmi bu hal.namazı saxlayıb yeniden destemaz almalıyam?evvelceden teşekkürler
Cavab:
Aleykum salam.
- Toxunma dəstəmazı pozmur. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, "peyğəmbər (salləllahu aleyhi va səlləm) öz xanımlarından bəzilərini öpdü, sonra da namaza çıxdı və dəstəmaz almadı". (Əbu Dəvud, 1/201 (178); Nəsəi, 1/104; Əhməd, 18/47 (25767); Dəraqutni, 1/140-141); İbn Məcəh). Daha ətraflı: Dəstəmazı batil edən hallar
- Qarında yelin yaranması dəstəmazı pozmur, xaricə yel çıxması isə pozur. Yel həddindən artıq çoxdursa, zorla saxlayaraq namaz qılmaq bəyənilmir.