Sübh namazı vaxtında qılınmazsa?
Sual:
Əyər bir şəxs sübh namazını davamlı olaraq gün çıxdıqdan sonra qılar ve belece tövbə etmədən dünyasını dəyişərsə, həmin adamın halı haqqında Quran və Sünnədə varid olan hədislərlə qısada olsa məlumat verərdiniz. Əxi can Allahdan istəyim budur ki, bu saytı ümmət üçün faydalı etsin. Əmin!
Cavab:
Və aleykum Salam. Allah razı olsun. Ümumiyyətlə Allah şirkdən başqa istədyi günahı istədiyi kəsə bağışlayacaq. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisə, 48).
O kəs müsəlmandır və namaz qılır. Sadəcə, hansısa səbəblərdən bir namazı vaxtında qılmır və buna görə də savabı azalır. Həmin şəxsə nəsihət eləmək lazımdır. Uca Allah buyurur: "Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər". (əl-Maun, 4-5).