İmtahadan keçmək üçün pul vermək olarmı?
Sual:
Salam aleykum.Men bu il kollece girdim,imtahanida oz biliyimnen verdim.Yalniz girdiyim yer odenishlidir,hemchinin imtahana gore bizden pul isteyirler,bu da tebii ki,rushvetdir.Imtahani vere bilmeyeceyimize gore pul odedik.Bu gunahdirmi?buna gore narahatam,odemesek de olmur,shikayetinde yeri yoxdur. kollecde kechilen fennler ise texniki fennlerdir,men ise humanitar fennlerden imtahan vermishem,yeni 3-cu qrupa.Birde size bele bir sual vermishdim''Allahumme ecelni abin fitneti diniye ve dünyevi.Allahumme ecelni abin fitneti ahiri zaman.Allahumme ecelni abin fitneti mesihi deccalü ve suffiyan''bunun tercumesini istemishdim.Ilk sualda chapnan yazdim deye anlashilmamish,amma indi sehvlerini duzeltdim.
Cavab:
Aleykum salam.
- Həmin kollecə qəbul olmağı siz özünüz seçmisiniz. Ona görə də orda keçilən fənləri vaxt ayırıb, zəhmət çəkib oxumalısınız və ya oradan çıxmalısınız. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Rüşvət verən də, alan da Cəhənnəm odundadır" (Təbarani). Daha ətraflı: Yaxşı qiymət almaq üçün müəllimə pul vermək olarmı?
- Duanın mənası aydın deyil. Amma burada yazılan dualara bənzəyir: Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua