İtin ağzı dəymiş əşyaları necə pak etmək olar?
Sual:
Salam. Men bir yere qonaq getmisdim. Evde it saxlayirdilar. 1 hefte orda qaldim. Cox calisdim ozumu qoruyum, amma murdar oldum. It meni ve oglumu yalayirdi. Indi gelmisem eve ele biliremki eve giren kimi butun ev murdar olacaq. Indi bilmirem nece pak olum.buna gore hansisa qusl novu varmi? Ushsgi nexe temize cixardim? Birdeki it demek olarki butun eshyalsrimizi murdarladi. Ayaqqabizdan tutmush oglumun oyuncaqlarina kimi. Eshyalarimi nece pak edim? TullamaliyAmmi? Xahish edirem cavablandirin
Cavab:
Və aleykum Salam. Şəriətdə itin ağzı dəymiş qabdan istifadə etmək üçün təmizlənmə qaydası bildirilmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq olmaqla, qalanları isə su ilə yeddi dəfə yusun!" (Muslim, 279). Digər əşyaları isə adi qaydada yuyub təmizləyə bilərsiniz. Həmin əşyaları evə gətirəndə ev murdar olmur, onları tullamağa da ehtiyac yoxdur.