Şiə olan əhli sünnə kimi namaz qıla bilərmi?

    13.01.2014
Sual: 
Salam aleykum. Men shieyem. Sunniler kimi namaz qila bileremmi? Allah razi olsun.
Cavab: 
Salam aleykum. Ümumən bir çox Quran ayələrinə və səhih hədislərə görə islamda məzhəb və təfriqəçilik yol verilməzdir. Məsələn; Uca Allah belə buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali İmran, 103).
Ümumiyyətlə, islamda ibadətin hər bir növü Allah Rəsulunun (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) və Onun əshabələrinin (Allah onlardan razı olsun) etdiklərinə uyğun olmalıdır. Namaz da həmçinin bu qəbildəndir. Səhih hədislərdən birində Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub ki, mən namaz qıldığım kimi namaz qılın. Uca Allah buyurur ki, onun sevgisini qazanmağın yolu onun rəsuluna tabe olmaqdır: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də siə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən,  Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
Teqlər: 
Paylaş: