Mal-dövlətin xeyri və şəri

    05.03.2015

Rəvayət edilir ki, Əbu Səid əl-Xudri demişdir: “Bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - minbərdə oturdu və biz də onun ətrafında oturduq. Peyğəmbər buyurdu: “Mən bu dünyadan köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dün­yanın zövqü-səfa və bər-bəzək qapılarının sizin üzünüzə açılma­sıdır.”
Bir nəfər soruşdu: “Ey Allahın elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Peyğəmbər susdu.
Bəziləri həmin adamdan soruşdular: “Nə olub, niyə sən ondan söz soruşursan, o isə sənə cavab vermir?” Sonra bizə agah oldu ki, ona vəhy nazil olur. Bir müddət keçdik­dən sonra Peyğəmbər üzündəki təri sildi və sanki sual verən adamı tərifləyərək: “Soruşan adam haradadır?”– dedi. Sonra buyurdu: “Həqiqətən, xeyir özü ilə şər gətirməz! Doğrusu, baharda ye­ti­şən bitkilərin bəzisi onu yeyən heyvanı öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək otdan yeyir və nə­ha­yət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii eh­ti­yacını rəf edir və yenidən yaşıl otdan bol-bol yeyir. Həqiqətən, bu dünya malı yaşıl ot kimi şirindir. Malından kasıblara, yetimlərə və müsa­firlərə verən varlı müsəlman nə gözəl bəndədir!” Sonra buyurdu: “Haqsız yolla mal-dövlət əldə edən adam, əməl­licə yeyən, la­kin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal-dövlət onun əley­hi­nə şahidlik edəcək.” (əl-Buxari, 1465).

Paylaş: