Tez-tez ölmüş adamı yuxuda görmək ölümün yaxınlaşmasını bildirirmi?
Sual:
Salam Aleykum.Bir sualim var cox xahiw edirem tez cavablandirin ..
Yuxuda tez tez rehmete geden padruqami gorurem bir Ildiki rehmete geden.yeni aile qurmuwdular eriyle beraber rehmete getdi...Onun olumu mene pis tesir etdi........Yuxuda cox gorurem oNun haqqinda yuxuda ewidirem onu qucaqlayiram...Bu ne demekdi??? paqduqam ucun dua edirem All a him onu qebir ezabindan qoru gunahlarimi bagiwla.....yenede gorurem...... Men ewitmiwemki yuxuda olen insani tez tez gormek pisdi..oz olumum yaxinlawir..Bu dogrudurmu??? Cox narahatam istemerem tez olum uzun xeyirli omr yawamaq isteyirem emeli saleh insan olmaq isteyirem...Bunun ucunde dua edirem her za man..Dua qederi deyiwe bilermi?? Allah razi olsun..
Cavab:
Aleykum salam. Uca Allah Quranda ölümün əvvəlcədən təyin edilmiş bir yazı olduğunu xəbər vermişdir. Uca Allah buyurur:
"Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali-İmran, 145).
"Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!" (əl-Əraf, 34).
"Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə". (ən-Nisə, 78).
Ona görə də, yuxular ölümün yaxınlaşmasına səbəb ola bilməz. Yatmazdan qabaq zikrləri etməyi unutmayın. Daha ətraflı:
Pis yuxulardan necə qorunaq?
Dua qədəri dəyişirmi?