Qızıl ilanı öldürmək günahdırmı?
Aleykum salam. Zərərverici heyvanları öldürməyə icazə verilir. İlan, əqrəb, sıçovul, milçək, ağcaqanad və s. kimi heyvanları öldürməkdə günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Zərərli) ilanları və köpəkləri öldürün. Xüsusən də ilanlardan arxasında iki ağ cizgili cinsi ilə və bir də ən pisi olan quyruqsuz (zınqırovlu) ilanı öldürün, çünki ilanların bu iki növü gözün nurunu aparır və hamilə qadının uşağının düşməsinə səbəbdir". (əı-Buxari, Muslim və başqaları).
"Bu dörd fasiq hətta ihramda olarkən də (həcc və ümrə zamanı) öldürülə bilər -- çalağan, qarğa, siçan (siçovul) və quduz it". (Muslim, 1198).
Həyətdə qəbrin olmasına gəldikdə isə, kimin qəbrinin olmasının bu məsələyə aidiyyatı yoxdur. Allahla yanaşı hansısa qəbirdən qorxmaq və ondan hansısa bəla gələcəyinə iman gətirmək şirkə səbəb olan əməllərdəndir, bu inancı tərk etmək və tövbə etmək lazımdır. Sadəcə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qəbirin üstündə gəzmək, oturmaq və s. şeyləri qadağan etmişdir. Daha ətraflı: Pirə getmək haqqında