Hud surəsinin 107-ci ayəsini izah edə bilərsinizmi?
Aleykum salam. Uca Allah buyurur: "Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir". (Hud, 107).
Bu ayənin izahında belə deyilir: "Bədbəxt günahkarlar rüsvay ediləcək və biabır olacaqlar. Onlara veriləcək əvəz isə onları ağuşuna çəkib amansızcasına cəzalandıracaq Cəhənnəm olacaqdır. Onların əzabı o dərəcədə dözülməz olacaqdır ki, onlar ancaq Cəhənnəm odu ilə nəfəs alacaq və ən dəhşətli və mənfur səslər çıxaracaqlar. Allahın onlara Cəhənnəmdən çıxmağa icazə verəcəyi vaxt fasiləsindən başqa, onlar orada əbədi qalacaqlar. Quran təfsirçilərinin əksəriyyəti belə hesab edirdilər ki, burada söhbət onların Cəhənnəmə düşənə qədər yaşadıqları həyatdan gedir. Bu isə o deməkdir ki, kafirlər Cəhənnəmdə əbədi qalacaqlar, çünki onların Cəhənnəmdə olmamasına, onlar ora düşənə qədər icazə verilmişdi. Doğrudan da, Uca Allah istədiyini edir. Əgər O, Öz İlahi hikmətinə müvafiq olaraq nəyisə etməyi arzulayırsa, heç nə Onun dilədiyini etməsinə mane olmağa qadir deyil".