Sular

    10.03.2015

Göydən yağan və ya yerdən çıxan hər bir su təmizləyicidir.
Bunun təsdiqi olaraq Allah təala buyurur: "Biz göydən tərtəmiz su endirdik..."[1]
Peyğəmbər (S.A.V.) dəniz suyu haqqında belə demişdir: "Onun (dənizin) suyu təmizləyici, ölüsü isə halaldır"[2]
Həmçinin Peyğəmbər (S.A.V.) quyu suyu haqqında demişdir: "Su təmizləyicidir və onu heç nə murdar etmir"[3]
Demək su, təmiz maddələrin qarışması ilə, öz adını itirmədikcə, pak olaraq qalır. Buna dəlil Peyğəmbərin (S.A.V.) qızının cəsədini dəfnə hazırlayan qadınlara dediyi sözlərdir: "Onu, su və sidr ilə, üç, beş və ya gərəkli olsa daha çox yuyun. Sonda isə kafurdan və ya biraz kafurdan istifadə edin"[4].
Suya nəcasət düşərsə, həmin suya, öz keyfiyyətini itirmədikcə, murdar demək olmaz. Bunun dəlili Əbu Səidin rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, Peyğəmbərə (S.A.V.) belə bir sual verirlər: Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki, həmin quyuya aybaşı qanına bulanmış əskilər, it ətləri və heyvan leşləri atılır! Peyğəmbər (S.A.V.) dedi: "Su təmizləyicidir və onu heç nə murdar etmir"[5]

 
[1] əl-Furqan: 48.
[2] Hədis səhihdir. Səhih sünəni İbn Macə: 309. Muvatta: 26/ 40. Əbu Davud: 1/ 152/ 83. Tirmizi: 1/ 47/ 69. İbn Macə: 1/ 136/ 386. Nəsai: 1/ 176.
[3] Hədis səhihdir. əl-İrva: 14. Əbu Davud: 1/ 126-127/ 66/ 67. Tirmizi: 1/ 45/ 66. Nəsai: 1/ 174.
[4] Buxari: 3/ 125/ 1253. Müslim: 2/ 646/ 939.
[5] Hədis səhihdir. əl-İrva: 14. Əbu Davud: 1/ 126-127/ 66/ 67. Tirmizi: 1/ 45/ 66. Nəsai: 1/ 174. Mubarəkfuri "Tuhfətul Əhvəzi" adlı kitabında (1/ 204)/ Teybi adlı alimin bu sözlərini qeyd edir: "Oraya aybaşı qanına bulanmış əskiləri atılır" sözlərinin mənası belədir: Demək/ adı gedən quyu bəzi vadilərin su axarına yaxın idi. Həmin vadilərdə bədəvilərin məskunlaşmışdılar. Belə ki onlar/ zibilxanalara namətiz əşyaları tullayır və sel axarı da həmin tullantıların bir hissəsini deyilən quyuya gətirirdi. Rəvayətçi isə sözlərini/ bu hərəkətin dinində zəif olan insanlar tərəfindən törədildiyi mənasında ifadə etmişdir.
Təbbi ki/ murdar şeylərin quyuya atılması adi müsəlmana yaraşmayan bir hərəkətdirsə/ ən şərəfli və ən əfzəl əsrin insanların belə bir hərəkət etdiklərini necə deyə bilərik. (sitatın sonu = s.s.)
Mübarəkfuri; Deyirəm: Eynilə bu fikri bir çox alimlər söyləmişlər və elə ilk baxışdan da ağılabatan fikir budur. (s.s.)