Murdar şeylər

    10.03.2015

Ərəb dilində nacasət sözü, nəcasə sözünün cəmidir. Nəcasət (murdar), sağlam təbiətli insanların iyrəndiyi, özlərini ondan qoruduğu, paltarına dəydikdə onu yuduğu şeylərdir. Məsələn, nəcis, sidik və s.[1]
Əşyalar əslən təmiz və mübah sayılır. Kim hansısa bir şeyin murdar olduğunu iddia edirsə bunun üçün mütləq sübut gətirməlidir. Əgər subut gətirə bilsə o deyəndir. Yox əgər bunu edə bilməsə və ya gətirdiyi dəlil qaneedici olmasa o zaman biz "hər şeyin əsası pakdır" prinsipinə əsasən həmin şeyin pak olduğu qənaətində qalmalıyıq[2]. Çünki nəyinsə murdar olmasını demək "təklifi"[3] hökmdür. Yalnız dəlil-sübut əsasında belə bir qərar vermək olar.[4]

 
[1] ər-Rovdatun Nədiyyə: 1/ 12.
[2] əs-Seylul Cərrar: 1/ 31.
[3] Ərəb dilində təklif sözü/ yüklənmək mənasını verir. Amma termin olaraq/ şəriət qaydası olaraq hansısa hökmə əməl etməyin zəruri olması anlamına gəlir (tərc.).
[4] ər-Rovdatun Nədiyyə: 1/ 15.