Dəstəmazın düzgün olması üçün şərtlər
1. Niyyət etmək: Sübutu, Peyğəmbərin (S.A.V.) bu hədisidir: «Həqiqətən, əməllər niyətlərə görədir»[1].
Niyyəti dil ilə demək düzgün deyil. Çünki bu haqda Peyğəmbərdən (S.A.V.) heç bir tutarlı dəlil nəql olunmamışdır.
2. Bismilləh demək:[2] Sübutu, Peyğəmbərin (S.A.V.) bu sözləridir: «Dəstəmazı olmayanın namazı, dəstəmazda Allahın adını çəkməyənin (bismilləh deməyənin) isə dəstəmazı yoxdur»[3].
3. Dəstəmaz zamanı əzaları yuyarkən böyük fasilə verməmək: Sübutu, Xalid ibn Sədanın (A.R.O.) hədisidir. Orada deyilir ki, «Peyğəmbər (S.A.V.) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklüyündə yerə su dəyməmişdi. Peyğəmbər (S.A.V.) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi»[4].
[1] Buxari: 1/ 9/ № 1. Müslim: 3/ 1515/ № 1907. Əbu Davud: 6/ 284/ № 2186. Tirmizi: 3/ 100/ № 1698.İbn Macə: 2/ 1413/ № 4227. Nəsai: 1/ № 59.
[2] Bismilləhin dəstəmaz üçün şərt olması alimlər tərəfindən yekdilliklə qəbul edilməmişdir (tərc.).
[3] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 320. Əbu Davud: 1/ 174/ № 101. İbn Macə: 1/ 140/ № 399.
[4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 161. Əbu Davud: 1/ 296/ № 173.