İstihazəli qadınla əlaqədar hökmlər

    10.03.2015

Heyzlə haram olan əməllərin heç biri, istihazəylə haram olmur. İstihazəli qadın, sadəcə olaraq hər namaz üçün dəstəmaz almalıdır. Çünki Peyğəmbər Fatimə bint Əbu Hubeyşə demişdi ki, «sonra hər namaz üçün dəstəmaz al»[1].
Əvvəldə, “Hansı hallarda qüsl almaq bəyənilir” adlı fəsildə, qeyd etmişdik ki, istihazəli qadının hər namaz üçün qüsl alması bəyənilir (müstəhəb sayılır).

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 507. Əbu Davud: 1/ 490/ № 195. İbn Macə: 1/ 204/ № 624.