İstihazə

    10.03.2015

İstihazə, qeyri heyz və ya nifas vaxtlarında, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. Birinci vəziyyətdə, yəni qeyri heyz və nifas vaxtlarında, istihazə qanını ayırd etmək rahatdır[1]. İkinci halda isə belədir[2]:
Demək, əgər qadın daim bəlli vaxtlarda heyz olursa (yəni, daimi adəti varsa), bundan əlavə günlərdə gələn qan istihazə qanıdır. Çünki Peyğəmbər (S.A.V.) Ummu Həbibəyə belə demişdi: «Əvvəlki heyzinin müddəti qədər gözlə, sonra çim və namazını qıl»[3].
Əgər qadın qanı fərqləndirə bilirsə, bu fərqə görə hərəkət etməlidir. Demək, hamının bildiyi kimi heyz qanı qara olur. Bundan əlavə gələn qan isə istihazədir. Çünki Peyğəmbər (S.A.V.) Fatimə bint Ənu Hubeyşə demişdir ki, «əgər heyz qanıdırsa, namaz qılma. Bu qan qara olur və tanınır. Yox əgər başqa qandırsa, bu istihazədir və belə halda dəstəmaz al (namazlarını qıl)»[4].
Əgər qadın istihazə olub qanı fərqləndirə bilmirsə onda yaşadığı yerdə əksər qadınların adətinə uyğun hərəkət etsin[5]. Demək Peyğəmbər (S.A.V.) Həmnə bint Cəhşə demişdir: «Bu, şeytanın əziyyətlərindən biridir. Sən, Allahın bildiyi qədər, altı və ya yeddi gün heyz ol, sonra qüsl et. Təmizləndikdən və heyzdən qurtulduqdan sonra ayın iyirmi dörd və ya iyirmi beş gününü namaz qıl və orucunu tut. Bu sənə kifayətdir. Hər ay belə et. Digər qadınlar heyz və təmizlik müddətinə görə necə heyz olur və təmizlənirlərsə, sən də elə et»[6].

 
[1] Yəni, əgər nə heyz, nə də nifas olmayan bir gündə qadından qan ifraz olunursa bu istihazə qanıdır. Bunu bilmək rahatdır. (tərc.)
[2] Bu fərqlərə ardıcıllıqla əməl edilməlidir. Yəni, ilk olaraq əvvəlki adətinə baxmalı, əgər bunu bilməsə o zaman qanı fərqləndirməlidir. Bunu da bacarmasa o zaman yaşadığı yerdə digər qadınların heyz adətinə baxmalıdır. (tərc.)
[3] Hədis səhihdir. əl-İrva: 202. Müslim: 1/ 264/ № 334.
[4] Hədis səhihdir. əl-İrva: 204. Nəsai: 1/ 185. Əbu Davud: 1/ 470/ № 283.
[5] Yəni, əgər yaşadığı yerdə əksər qadınlar adətən altı və ya yeddi gün heyz olurlarsa, o da özü üçün altı və ya yeddi gün heyz vaxtı təyin edir, bundan əlavə günlərdə gələn qan istihazə sayılır. (tərc.)
[6] Hədis həsəndir. əl-İrva: 205. Əbu Davud: 1/ 475/ № 284. Tirmizi: 1/ 83/ № 128. İbn Macə: 1/ 205/ № 628 həmin məna ilə.