Günahları başqalarına demək olarmı?

    31.03.2015
Sual: 
Salam eleykum.men duyduguma gore gunahi dile getirmek gunahdi..men bele dedikde menden bunun subutunu istediler.zehmet olmasa buna dair aye ve ya hedis yazib izah ederdiz bu meseleni.Allah razi olsun.
Cavab: 

Aleykum salam. Müsəlman həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün". (əl-Beyhaqi).
"Allah bu dünyada hansı qulunun (günahını) örtərsə, qiyamət günü də onun (günahını) örtər". (Muslim, 2590).

Teqlər: 
Paylaş: