Həccin rükunları

    12.03.2015

1. Niyyət etmək: Uca Allah buyurur: «Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək ibadət etsinlər...»[1]. Həmçinin Peyğəmbər (S.A.V.) buyurmuşdur: «Həqiqətən əməllər niyətlərə görədir»[2].

2. Ərəfada dayanmaq: Demək, Peyğəmbər (S.A.V.) demişdir: «Həcc, ərəfada dayanmaqdır»[3]. Həmçinin Urvə ət-Taiy (A.R.O.) deyir ki, Muzdəlifədə Peyğəmbərin (S.A.V.) yanına gəldim və o namaza gələrkən dedim: Ey Allahın elçisi, mən Tay dağından gəlmişəm. Miniyimi çapıb, nəfsimi yorub gəlmişəm. Allaha and olsun, qarşıma çıxan hər təpənin üzərində dayanmışam. Mənim həccim məqbuldurmu? Peyğəmbər (S.A.V.) dedi: «Kim bizim qıldığımız bu namazı qılsa və biz yola düşənə qədər burada gözləsə, ondan qabaq da günüz və ya axşam vaxtı Ərəfada dayanıbsa həcci tamamlanmış, borcunu başdan etmişdir[4].

3. Sübh açılana qədər Muzdəlifədə gecələmək və sübh namazını orada qılmaq: Demək, Peyğəmbər (S.A.V.) ötən hədisdə Urvəyə (A.R.O.) belə demişdi: «Kim bizim qıldığımız bu namazı qılsa və biz yola düşənə qədər burada gözləsə, ondan qabaq da günüz və ya axşam vaxtı Ərəfada dayanıbsa həcci tamamlanmış, borcunu başdan etmişdir[5]».

4.İfadə təvafı:

Uca Allah buyurur: «...qədim evi (Kəbəni) təvaf etsinlər!»[6]
Aişə (A.R.O.) deyir ki, Səfiyyə bint Huyey[7] ifadə təvafından sonra aybaşı olmuşdu. Mən bu haqda Peyğəmbərdən (S.A.V.) soruşdum və o dedi: «O bizi burada saxlamaq istəyir?» Mən dedim: Ey Allahın elçisi, o, ifadə təvafını edib və bundan sonra aybaşı olub. Peyğəmbər (S.A.V.) dedi: «Elə isə (evinə-eşiyinə) yola düşsün»[8].
Peyğəmbərin (S.A.V.), «O bizi burada saxlamaq istəyir?» - sözləri dəlalət edir ki, bu təvaf mütləq edilməlidir. Belə ki, bu təvafı etməyən insan Məkkədən çıxa bilməz.
 

5. Səfa və Mərva arasında səy (təvaf) etmək: Belə ki, Peyğəmbər (S.A.V.) bu yerdə səy etmiş və demişdir: «Səy edin, Allah sizə səy etməyi vacib etmişdir»[9].

 
[1] əl-Bəyyinə: 5.
[2] Buxari: 1/ 9/ 1. Müslim: 3/ 1515/ 1907. Əbu Davud: 6/ 284/ 2186. Tirmizi: 3/ 100/ 1698.İbn Macə: 2/ 1413/ 4227. Nəsai: 1/ 59.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2441. Tirmizi: 2/ 188/ № 890. Nəsai: 5/ 264. İbn Macə: 2/ 1003/ № 3015. Əbu Davud: 5/ 425/ № 1933.
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2442. Tirmizi: 2/ 188/ № 892. Əbu Davud: 5/ 427/ № 1934. İbn Macə: 2/ 1004/ № 3016. Nəsai: 5/ 263.
[5] Ötən mənbələr.
[6] əl-Həcc: 29.
[7] Bu qadın Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyat yoldaşlarından biri idi.
[8] Buxari: 3/ 567/ № 1733. Müslim:
[9] Hədis səhihdir. əl-İrva: № 1072. Əhməd: 12/ 76/ № 277. Hakim: 4/ 70.