Təvaf etməyin şərtləri
İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kəbəni təvaf etmək namaz qılmaq kimidir. Fərq sadəcə sizin təvafda danışmağınızdadır. Kim təvaf zamanı danışarsa, xeyirli sözlərlə danışsın»[2].
Əgər təvaf namazdırsa, demək onun düzgün olması üçün şərtlər olmalıdır:
1. Böyük və kiçik natəmizlikdən təmizlənmək: Peyğəmbər (S.A.V.) demişdir: «Allah, dəstəmazsız qılınan namazı qəbul etməz»[3].
Həmçinin, Aişə (A.R.O.) həcc zamanı heyz olarkən Peyğəmbər (S.A.V.) ona demişdi: «Həcilər edən əməlləri et, amma qüsl alana qədər Kəbəni təvaf etmə»[4].
2. Övrət yerlərini örtmək: Uca Allah buyurur: «Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...»[5].
Həmçinin Əbu Hureyrə (A.R.O.) deyir ki, vida həccindən bir il qabaq Peyğəmbər (S.A.V.) tərəfindən həcc rəhbərliyinə başçı təyin olunan Əbu Bəkr əs-Siddiq (A.R.O.) qurban günü məni (Əbu Hureyrəni), bir dəstə ilə bərabər, insanlara: “bu ildən sonra heç bir müşrik həcc etməyəcək! Heç kəs Kəbəni lüt-üryan təvaf etməyəcək!” – xəbərini çatdırmağı əmr etdi[6].
3. Təvaf, tam yeddi dövrə olmalıdır: Çünki Peyğəmbər (S.A.V.) təvafını yeddi dövrə edərdi. Demək, İbn Ömər (A.R.O.) demişdir: «Peyğəmbər (S.A.V.) gəlib Kəbəni yeddi dəfə təvaf etdi, sonra İbrahim Məqamının arxasında iki rükət namaz qıldı, Səfa və Mərva arasında dövrə vurdu». Daha sonra İbn Ömər dedi: «Həqiqətən, Allahın Rəsulu sizin üçün çox gözəl örnəkdir!»[7]. Peyğəmbərin (S.A.V.) bu hərəkəti uca Allahın, «...qədim evi (Kəbəni) təvaf etsinlər!» – ayəsinin məqsədini açıqlayır.
4. Təvafın yeddi dövrəsindən nə isə tərk edilərsə, bu düzgün sayılmaz. Əgər neçə dəfə dövrə etdiyini dəqiq bilməsə onda tam yəqin olmaq üçün az saydan götürsün.
5. Kəbə sol tərəfdə olmaqla, təvafı qara daşdan başlayıb orada da bitirmək:
Demək Cabir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) Kəbəyə gəldi. Əlini qara daşa sürtdü və evin sağ tərəfi ilə təvaf etməyə başladı. Təvafın birinci üç dövrəsini iti, qalan dördünü isə adi yerişlə yeridi».
Əgər təvaf edərkən Kəbə sağ tərəfdə olarsa təvaf düzgün sayılmaz.
6. Təvaf, evin xaricində olmalıdır: Çünki uca Allahın, «...qədim evi (Kəbəni) təvaf etsinlər!» – ayəsi, bütün evi təvaf etmək anlamına gəlir. Əgər təvaf edərkən “Hicri İsmail”dən keçərsə onun təvafı düzgün sayılmaz. Çünki Peyğəmbər (S.A.V.) demişdir ki, «hicr (Hicri İsmail) də kəbədəndir»[8].
7. Təvafı fasiləsiz və ardıcıl etmək: Çünki Peyğəmbər (S.A.V.) belə təvaf etmiş və demişdir: «Həcc ibadətini məndən öyrənin».
Əgər kimsə dəstəmaz almaq, fərz namazı qılmaq və ya bir az dinlənmək üçün təvafı dayandırarsa təvafını davam etsin. Əgər fasilə uzun olarsa o zaman təvafı yenidən başlasın.
[1] Fiqhus Sünnə: 1/ 588. Mənarus Səbil: 1/ 263.
[2] Hədis səhihdir. əl-İrva: № 121. Tirmizi: 2/ 217/ № 967. İbn Xuzeymə: 4/ 222/ № 2739. İbn Hibban: 247/ 998. Darimi: 1/ 374/ № 1854. Hakim: 1/ 459. Beyhəqi: 5/ 85.
[3] Hədis səhihdir. Səhih Müslimin müxtəsəri: 104. Müslim: 11/ 204/ № 224. Tirmizi: 1/ 3/ № 1.
[4] Buxari: 3/ 504/ № 1650. Müslim: 2/ 873/ № 1211.
[5] əl-Əraf: 31.
[6] Buxari: 1/ 477/ № 369. Müslim: 2/ 982/ № 1347. Əbu Davud: 5/ 421/ № 1930. Nəsai: 5/ 234.
[7] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2394. Buxari: 3/ 487/ № 1627. İbn Macə: 2/ 986/ № 2959.
[8] Buxari: 2/ 573/ № 1507. Müslim: 4/ 100/ № 3313. Müstədrəki Hakim: № 1688. Beyhəqi: 9587. (tərc.)