Suda ölən balığı yemək olar?
Sual:
salam. Suda olen baliqi yemek haramdi. Baliqci toruna dusub olen baliqi yemek halal niye halaldi? zehmet olmasa aydinliq getrin
Cavab:
Aleykum salam. Suda ölmüş balığı yemək olar, çünki peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dənizin suyu təmiz, ölüsü də halaldır". (İmam Malik: "Muvatta", "Təharət", 12; Əhməd, 2/237, 361, 378, 393; İbn Məcəh: "Təharət", 38; Əbu Dəvud: "Təharət", 41; ət-Tirmizi: "Təharət", 52). Qeyd edək ki, bu yalnız suda yaşayan heyvanlara aiddir, həm suda, həm də quruda yaşayanlar bura daxil deyil. Uca Allah buyurur: "Dəniz ovu və onun qidası sizə də, səfərdə olanlara da bir dolanışıq kimi halal edilmişdir". (əl-Məidə, 96). Həmçinin oxuyun: Üstü pulsuz balıqların ətini yemək olar?