Kolbasa qoxusu hopmuş yaylıqla namaz qılmaq olar?

    10.04.2015
Sual: 
Salam. Bu artıq neçənci dəfədir sual yazıram, aylarla gözləyirəm amma cavab yoxdur... Gecikməyini başa düşərəm amma ümumiyyətlə cavablandırılmaması insana qəribə gəlir. İnşallah barı bu dəfə cavab alaram Allahın köməkliyi ilə... Mən namaz yaylığımı yuyub qazın üstündən asmışdım. Anam qazda kolbasa bişirib və həmin haram və ya halal (dəqiq bilmirəm) kolbasanın tüstüsü və qoxusu yaylığıma çöküb. İndi o yaylıqda namaz qıla bilərəmmi? O yaylıq təmiz sayılırmı?
Cavab: 

Aleykum salam. Pis qoxunun hopması paltarı natəmiz etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
Qeyd: Sualların demək olar ki, hamısı gec də olsa cavablandırılır. Ola bilsin gec olduğu üçün görməmisiniz. Bu halda sualda yazdığınız sözləri saytdakı axtarış vasitəsilə axtarmağa cəhd edin. Həmçinin konkret olmayan suallar, yuxu yozma və digər islamla əlaqəsi olmayan suallara cavab verilmir.

Teqlər: 
Paylaş: