Namaz qılıb hicab bağlamamaq haqqında
Aleykum salam. Uca Allah Quranda heç bir şərt qoymadan hicab geyinməyi əmr etmişdir: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər". (ən-Nur, 31).
Uca Allahın namaz, hicab və digər fərz buyurduğu əməlləri şərt qoyaraq yerinə yetirmək olmaz, bunlar hər bir halda edilməlidir. Namaz qılmaq dinin dirəyidir və Cənnətə daxil olmaq üçün əsas şərtlərdəndir. Amma hicab geyinmədiyiniz üçün günah qazanırsınız və namaz qılmaq bu günahı ört-basdır etmir. Namazlarınızda davamlı olun və hər namazda Uca Allaha hicabı sizə asanlaşdırması üçün dua edərək geyinin. Həmçinin Rəsulallah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın". (əl-Buxari, 6696). Həmçinin oxuyun: Hicab - azadlıqdır!