Səba surəsindəki ayə heykəl düzəltməyin halal olduğunu bildirirmi?

    15.04.2015
Kimdən: 
Famil
Sual: 
Salam aleykum,islamda şəkil çəkmək və heykəltaraşlıq haramdırsa bəs niyə qədimdə Hz.Süleymanın əmrində olan cinlər Hz.Süleymanın və digər peyğəmbərlərin heykəlini ucaldırdılar? Quranda da bu haqda ayə var axı(Səba surəsi 13.ayə).Heykəl bu ayədən görünür ki,halaldır.Nəticədə də şəkil çəkmək də halal olur axı.Bu haqda nə deyə bilərsiz?
Cavab: 

Aleykum salam. Uca Allahın göndərdiyi və əməl etməyə əmr etdiyi son şəriət Muhamməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) göndərdiyidir. İslam şəriətində əvvəlki peyğəmbərlərin şəriətində qadağan olunmuş bəzi şeylər halal buyrulmuş, bəzi halal buyrulmuş şeylər isə qadağan edilmişdir. Məsələn, döyüşdə qənimət ələ keçirmək İslamda halal buyrulmuşdur, əvvəllər isə haram idi. Bütün bunlar Uca Allahın hikməti ilə bağlıdır.
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl-Maidə, 3).
"İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali-İmran, 85). 
Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: