Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?

    16.04.2015
Sual: 
Salam Aleykum.Birisi bilerekden ve yaxud bilmiyerekden sirk eliyirse ona hemin an ucun kafir demek olmazmi? Birde musrik ile kafir eynidir? bu sozlerin menasi eyni bir weydirmi?
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə, başqalarının kafir olub-olmadığına hökm vermək yox, öz halınızın qeydinə qalmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (Səhih əl-Buxari, 6045; Səhih Muslim, 61). "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (Səhih əl-Buxari, 6104; Səhih Muslim, 60).
Kafir -- Allahı inkar edən, müşrik isə Allaha şərik qoşanlardır. Uca Allah Quranda bunların hər ikisinin əbədi Cəhənnəmdə qalacağını bildirmişdir. Amma küfr əməl edənə kafir və ya müşrik demək olmaz. Əgər həmin insan özünü müsəlman adlandırırsa, onun bu əməli etməsinin səbəbləri araşdırılmalıdır -- bilməyərəkdən, səhv başa düşmək, məcburiyyət və s. səbəblər ola bilər. Bunu araşdırmaq isə sizin yox, hakimin, alimlərin işidir. Daha ətraflı: Cahillik üzrlüdürmü?

Teqlər: 
Paylaş: