Başqa cür namaz qılsam ilk namazı öyrədən insandan halallıq alınmalıdır?

    15.01.2014
Sual: 
Salam aleykum. Men evvel shie namazi qilirdim. Amma sonra sunni namazi qildim. Men indi gunah ish gormushem? Men ilk once mene oyredilen namazi qilmaliydim? Bu mene namazi oyredene xeyanet sayilir? O, mene haqqini halal etmese namazim qebul olmayacaqmi? Ondan halalliq almaliyammi? Men istedim ki, sadece olaraq Peyqemberimizin [Allahin Ona salavati ve salami olsun] yolunu gedim. Anam mene deyir evvel qildigin kimi qil. Xahish edirem ki, rey bildiresiniz.
Cavab: 

Aleykm salam. Bu çox sevindirici haldır ki, siz namaz qılırsınız. Qeyd etdiyiniz kimi, mümkün qədər Peyğəmbər (s.a.s.) yolunu getməyə çalışmalıyıq, çünki Uca Allahın sevgisini qazanmağın yolu budur:

(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”   (Ali İmran, 31).

Ümumiyyətlə, dini məsələlərdə əvvəl olduğun kimi qalmaq fikri doğru deyil. Hər bir mömin daim öz əməllərini yaxşılaşdırmalı, dini öyrənməli və getdikcə mümkün qədər daha çox Peyğəmbərə (s.a.s.) oxşamağa çalışmalıdır.  Halallıq məsələsinə gəldikdə isə, bu kimi məsələlərdə heç kimin sizin üzərinizdə haqqı yoxdur, namaz aləmlərin rəbbi olan uca Allah üçün qılınır.

Teqlər: 
Paylaş: