Gün ərzində bəzi namazları qılmamaq olarmı?

    15.01.2014
Kimdən: 
Sara
Sual: 
Salam aleykum. Men abituriyentem ve 11ci sinif shagirdiyem. Yeni instituta hazirlashdigim uchun mueyyen vaxtlarda evde olmuram. Bezi gunlerde hetta ancaq subh ve xiften namazini qila bilmirem. Amma bacardigimi qilmaga chalishiram. Inshallah Aprel-May aylarinda hazirliqlarim daha da artacagi uchun vaxtim daha az olacaq. Men 1-2 ay derslerime gore namazimi dayandirsam mene chox boyuk gunah yazilarmi? Yoxsa Allah meni bagishlaya bilermi? Ancaq subh ve xiften namazini qila bileceyime gore narahatam. Ve namazimda sehlenkarliq etmek istemirem. Bu barede mene zehmet olmazsa bildiyiniz dini qaynaqlardan melumatlari chatdirin.
Cavab: 

Aleykum salam. Çalışın namazlarınızı buraxmayasınız. Gedəcəyiniz yerdə namaz qıla bilməyəciyinizi bilirsinizsə, iki namazı birləşdirib evdə qılın (belə hallarda zöhr namazı ilə əsr namazını, həmçinin məğrib namazı ilə işa namazlarını birləşdirmək olar) və ya getdiyiniz yerdə oturmuş vəziyyətdə qılın. Həmçinin dəstəmaz almağa şərait olmadıqda, təyəmmüm almaq olar. Yenilməz Güc və Qüdrət sahibi olan Rəbbimiz buyrurur: "Namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)". (əl-Bəqərə, 248).
Həmçinin; "Allahdan bacardığınız qədər qorxun və (sizə verilən öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin...". (ət-Təğabun, 16).

Teqlər: 
Paylaş: