Vəsiyyətlər
Tərifi: ərəb dilində "vəsiyyət" sözü çatdırmaq mənasını verir. Belə ki, vəsiyyət edən insan bununla öldükdən sonra öz mülkünü istədiyinə çatdırır.
Bu sözün şəriətdəki mənası, bir insanın digərinə hansısa əşyanı, borc pulu və ya istənilən mənfəətli bir şeyi, onun ölümündən sonra vəsiyyət olunana hədiyyə etməsidir.
Hökmü:
Vəsiyyət olunası mal-dövlət sahibinin, vəsiyyət etməsi vacibdir.
Uca Allah buyurur: «Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir»[1].
Abdullah ibn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Nə isə vəsiyyət etmək istəyən müsəlmanın, iki gün keçməmiş vəsiyyətinin yazılıb hazır olmaması ona yaraşmaz»[2].