Malın hansı miqdarını vəsiyyət etmək müstəhəbdir?
Səd ibn Əbu Vaqqas (A.R.O.) deyir ki, mən Məkkədəydim və (bərk xəstələndiyim üçün) Peyğəmbər (S.A.V.) mənə baş çəkməyə gəlmişdi. O, haradan hicrət etmişdisə orada ölməyi xoşlamırdı deyə mənim üçün dua edib dedi: «Allah, İbn Əfraya rəhm etsin». Mən dedim: Ey Allahın elçisi, mən bütün malımı vəsiyyət edim? O dedi: Xeyr. Mən dedim: Bəs yarısını? O dedi: Xeyr. Mən dedim: Bəs üçdə birini? O dedi: Bəli, üçdə birini vəsiyyət edə bilərsən. Amma üçdə bir də çoxdur. Sənin varislərini varlı qoyub getmən, onları onun-bunun əlinə baxan kasıb qoyub getməyindən daha xeyirlidir. Sən nə qədər mal xərcləyirsənsə onun hamısı sədəqədəndir. Hətta arvadının ağzına qoyduğun bir tikə də sədəqədir. Allahdan istərdim ki, səni ayağa qaldırsın, (müsəlman) insanlara xeyir, (düşmənlərə) isə ziyan vurasan. Həmin vaxt Səd ibn Əbu Vaqqasın yalnız bir qızı var idi.[1]