Namaz qıla-qıla siqaret çəkmək və içki içmək
Aleykum salam. Ümumiyyətlə Uca Allah namazı Quranda imanın və ruhun qidalanacağı mənbə, bununla bərabər insanı çirkin və günah işlərdən çəkindirib təmizləyəcək bir vasitə kimi vəsf edir. Həmçinin digər tərəfdən də namazın insanı Allaha yaxınlaşdıracaq bir yol olduğunu bildirirək belə deyir: "Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür". (əl-Ənkəbut 45).
"Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və (Ona) yaxınlaş!" (əl-Aləq, 19).
Digər bir ayədə isə Uca Allah belə buyurur: "Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!" (ən-Nəhl, 90).