Sələmin hökmü

    31.03.2015

Qurana, sünnəyə və İslam ümmətinin yekdil rəyinə əsasən sələm haramdır:
Uca Allah buyurur: «Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!»[1]
Digər ayədə isə belə buyurur: «Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar...»[2]
Başqa bir ayədə buyurur: «Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar...»[3]
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Yeddi böyük günahdan çəkinin! Səhabələr soruşdular: Ey Allahın Elçisi! Onlar hansılardır? Peyğəmbər ﷺ buyurdu: "Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu insanı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını mənimsəmək, qızğın döyüş meydanından qaçmaq, namuslu, iffətli və zinadan bixəbər mömin qadınlara böhtan atmaq»[4].
Cabir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) sələm yeyəni (alanı), onu yedizdirəni, yazanı və ona şahidlik edənləri lənətləyərək demişdir: onların hamısı bu günahda eynidirlər»[5].
İbn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Sələmin yetmiş üç növü vardır. Onun ən yüngülünün cəzası kişinin öz anası ilə nikah bağlaması kimidir»[6].
Abdullah ibn Hanzələ Peyğəmbərdən (S.A.V.) belə rəvayət edir: «Kişinin bilərəkdən yediyi bir dirhəm sələm, otuz altı zinadan daha pisdir»[7].
İbn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim nə qədər çox sələmçilik edərsə, onun malı bir o qədər bərəkətsiz olar»[8].
 
[1] əl-Bəqərə: 278-279.
[2] əl-Bəqərə: 275.
[3] əl-Bəqərə: 276.
[4] Buxari: 5/ 393/ № 2766. Müslim: 1/ 92/ № 89. Əbu Davud: 8/ 77/ № 2857. Nəsai: 6/ 257.
[5] Müxtəsər Səhih Müslim: № 955. Səhih əl-Cami əs-Səğir: № 5090. Müslim: 3/ 1219/  № 1598.
[6] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3539. Hakim: 2/ 37.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3375. Əhməd: 15/ 69/ 230.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5518. İbn Macə: 2/ 765/ 2289.
363/ № 1273. Əbu Davud: 9/ 202/ № 3336. Nəsai: 7/ 279.