Ortaq əkinçilikdə qadğan olunan hallar

    31.03.2015

Əkilən torpağın bu hissəsi sənin, bu hissəsi isə mənimdir – deyib şərt kəsmək olmaz. Həmçinin torpaq sahibinin əkinçiyə, mənə bu qədər məhsul verərsən, qalanı sənin olar – deməsi düzgün deyil.
Hənzələ ibn Qeys, Rafi ibn Xudeycin belə dediyini rəvayət edir: «Əmim mənə danışırdı ki, onlar Peyğəmbərin (S.A.V.) vaxtında icarəyə torpaq götürür, torpaq sahibinə çay kənarında bitən və ya onun istədiyi qədər məhsulu verirdilər. Sonra Peyğəmbər (S.A.V.) belə etməyi qadağan etdi.
Mən Rafiyə dedim: Bəs torpağın dinar və ya dirhəmlə (yəni, pulla) icarəyə verilməsi necə?
Rafi dedi: Torpağı dinar və ya dirhəmlə (yəni, pulla) icarəyə vermək olar.
Leys deyir: Qadağan olunan hal, halal və haramı ayırd edən mütəxəssislər tərəfindən baxılıb, təhlükəli hesab edilən anlara aiddir»[1].
Hənzələ digər rəvayətdə deyir: Mən, Rafi ibn Xədicdən torpağın qızıl və ya gümüş ilə icarəyə verilməsi haqqında soruşdum? O dedi: «Belə etmək olar. Peyğəmbərin (S.A.V.) vaxtında insanlar torpaqlarını icarəyə verir, çay kənarında, dağlarda, kiçik çay hövzələrində yetişən məhsulları və ya məhsulun müəyyən hissəni əvvəlcədən istəyirdilər. Belə halda bir tarla canlanır, digəri məhv olur, digəri canlanır, bu məhv olurdu. İnsanların bundan başqa icarəsi yox idi. Ona görə qadağan edildi. Zəmanət olan halda icarəyə vermək olar»[2].

 
[1] Rəvayət səhihdir. əl-İrva: 5/ 299. Buxari: 5/ 25/ № 2346 -47. Nəsai: 7/ 43. Onun rəvayətindən Leysin sözü yoxdur.
[2] Rəvayət səhihdir. əl-İrva: 5/ 302. Müslim: 3/ 1183/ № 1547. Əbu Davud: 9/ 250/ № 3376. Nəsai: 7/ 43.