Əl-Musaqat

    31.03.2015

Tərifi: Əl-Musaqat, bar verən müəyyən bir ağacı kiməsə tapşırmaq və bunun müqabilində ona, əldə olunacaq barın yarısını, yaxud bir hissəsini verməkdir.
Bunun icazəli olması:
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) deyir: «Peyğəmbər (S.A.V.) Xeybər camaatı ilə, becərdikləri əkin və ya bağ məhsullarının yarısına şərik olmağa razılaşmışdı»[1].
Əbu Hureyrə (A.R.O.) deyir: «Ənsarlar Peyğəmbərə (S.A.V.) dedilər: Xurma ağaclarını bizimlə (mühacir) qardaşlarımız arasında böl. O dedi: Xeyr. Ənsarlar dedilər: Elə isə siz bizə ağaclara qulluq etməyə kömək edin, biz də sizi məhsula şərik edək. Mühacirlər: eşitdik və itaət etdik – deyərək cavab verdilər»[2].

 
[1] Buxari: 5/ 13/ № 2329. Müslim: 93/ 1186/ № 1551. Əbu Davud: 9/ 272/ № 3391. İbn Macə: 2/ 824/ № 2467. Tirmizi: 2/ 421/ № 1401.
[2] əl-İrva: № 1471. Buxari: 5/ 8/ № 2325.