Ölü torpağı diriltmək
Tərifi: Bir kimsənin özündən əvvəl sahibi olub-olmadığı bəlli olmayan torpağı suvarma, əkin, ağac basdırmaq və ya tikili tikməklə diriltməsi və beləliklə oranı öz mülkünə daxil etməsidir[1].
İslamın bu əmələ təşviqi:
Aişə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim sahibi olmayan torpağı dirildərsə, oranın sahibi olmağa o daha haqlıdır»[2].
Urvə deyir: Ömər (A.R.O.) öz xilafəti dövründə bu qərarla hökm verirdi.
Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim ölü torpağı dirildərsə, ora onundur»[3].
Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim bir torpağı hasarla əhatəyə alarsa, ora onundur»[4].