Bu əməlin icazəli olması

    31.03.2015

İbn əl-Munzir (Allah ona rəhmət etsin) "Əl-İcma" kitabında (səh: 124) deyir: Alimlərin yekdil rəyinə əsasən dinar və dirhəmlə ticarət məqsədilə səfərə çıxmaq icazəlidir.
Həmçinin yekdil rəyə əsasən ticarətçi və mal sahibi, gəlirin üçdə birni, yarısını və ya istənilən miqdarını bölüşə bilərlər. Əsas odur ki, hər kəsin payı təyin edilsin».
Peyğəmbərin (S.A.V.) səhabələri də belə edərdilər.
Demək, Zeyd ibn Əsləm atasının belə dediyini rəvayət edir: «Ömər ibn əl-Xəttabın iki oğlu Abdullah və Ubeydullah İraqa gedən qoşunla birlikdə yola çıxmışdılar. Onlar döyüşü bitirdikdən sonra Bəsrənin əmiri Əbu Musa əl-Əşarinin yanına gəlirlər. Əbu Musa onları xoş qarşılayıb, qonaq etdi. Sonra onlara dedi: Mən sizə hər hansı işlə yaxşılıq etmək istərdim! Bir az sonra dedi: Bəli, burada Allahın (əmri ilə xərclənəsi), mal-dövlət mövcuddur. Mən onu möminlərin əmirinə göndərmək istəyirəm. Gəlin mən o mal-dövləti sizə verim, siz də onunla İraqdan ticarət malı alın və malı Mədinədə satıb verdiyim məbləği möminlərin əmirinə çatdırın. Qoy qazancı sizin olsun. Onlar dedilər: Biz  belə bir iş görmək istərdik. Onlar deyiləni etdilər. Eyni zamanda Əbu Musa, Ömər ibn əl-Xəttaba (Allah onlardan razı olsun) məktub yazıb onlardan, verdiyi mal-dövləti götürməsini bildirdi. Onlar Mədinəyə gəldilər və qazanc da əldə etdilər. Sonra mal-dövləti Ömərə verəndə o dedi: O, sizə verdiyi borcu, bütün qoşuna veribmi?! Onlar dedilər: Xeyr. Ömər ibn əl-Xəttab (təəccüblə) dedi: Siz möminlərin əmirinin oğlusunuz! Sizə borc verib! Sizə verilən malı və əldə etdiyiniz gəlirin hamısını gətirin verin. Bu zaman Abdullah səsini çıxarmadı. Ubeydullah isə dedi: Ey möminlərin əmiri, belə etmək sənə yaraşmaz! Əgər bu mal-dövlət batsaydı, yaxud azalsaydı məsuliyyəti bizim boynumuzda olardı. Ömər dedi: Malı gətirin, hamısını verin. Abdullah susdu, Ubeydullah isə yenə dilləndi. Bu zaman Ömərin oturub-durduğu adamlardan biri dedi: Ey möminlərin əmiri, bəlkə bu mal-dövlətə ticarət üçün sərf olunan mal-dövlət kimi yanaşasan? Ömər dedi: Yaxşı, etdim. Beləliklə Ömər malın mayasını, gəlirin isə yarısını götürdü (və dövlətin xəzinəsinə qoydu). Ömər ibn əl-Xəttabın oğulları Abdullah və Ubeydullah isə gəlirin yarısını götürdülər»[1].

 
[1] Hədis səhihdir. əl-İrva: 5/ 291. Malik: 479/ 1385. Beyhəqi: 6/ 110.