İşçi öz işinə görə məsuliyyət daşıyır

    31.03.2015

Ticarət məqsədi ilə səfər etmək, hər mənada icazəlidir. İşçi yalnız iki halda, düşmənçilik münasibəti göstərib və ya ona deyilən əmrlərə müxalif olub – malı tələf etdikdə dəymiş ziyana zamindir.
İbn əl-Munzir deyir: Alimlərin yekdil rəyinə əsasən, əgər mal sahibi işçiyə nisyə mal satmağı qadağan etdiyi halda işçi nisyəyə mal verərsə zəmanəti o özü daşıyır[1].
Peyğəmbərin (S.A.V.) səhabəsi, Həkim ibn Hizam (A.R.O.) «pul verib ticarət işi görməsini tapşırdığı adama deyərdi: Mənim malımı (tez xarab olma təhlükəsi olan) yaş (tər) məhsullara sərf etmə, dənizdə daşıma, malımı sel axarında qoyma (mal-dövlətim səninlə olduğu halda belə yerdə dincəlmək üçün dayanma). Əgər sən deyilənlərdən hər hansını edərsənsə, (tələf olan) mala görə məsuliyyəti sən daşıyarsan»[2].

 
[1] əl-İcma: səh. 125.
[2] Rəvayətin sənədi səhihdir. əl-İrva: 5/ 293. Darəqutni: 2/ 63/ № 242. Beyhəqi: 6/ 111.