Fəziləti

    31.03.2015

Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim müsəlmanı dünya sıxıntılarının birindən xilas edərsə, Allah da onu qiyamət gününün bir sıxıntısından xilas edər. Kim borc içində batan insana rahatlıq verərsə onun üçün dünyada və axirətdə rahatlıq olar. Bəndə öz qardaşının köməyində olduqca, Allah da onun köməyi olar»[1].
İbn Məsud Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Bir müsəlman digərinə iki dəfə borc verərsə, bir dəfə sədəqə vermiş kimi sayılar»[2].

 
[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1888. Müslim: 4/ 2074/ № 2699. Tirmizi: 4/ 265/ № 4015. Əbu Davud: 13/ 289/ № 4925.
[2] Hədis həsəndir. əl-İrva: № 1389. İbn Macə: 2/ 812/ № 2430.