İnsanların malını alıb qaytarmaq və ya batırmaq istəyən

    31.03.2015

Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim insanların malını alıb qaytarmaq istəyərsə, Allah onun əvəzinə onu qaytarar. İnsanların malını alıb batırmaq istəyəni, Allah (ya bu dünyada, ya da axirətdə əzaba) batırar»[1].
Şueyb ibn Amr deyir ki, Suheyb əl-Xeyr bizə Peyğəmbərin (S.A.V.) belə dediyini danışmışdır: «Qaytarmamaq niyyəti ilə borc alan insan qiyamət günü Allahın qarşısına oğru kimi gələr»[2].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 598. Buxari: 5/ 53/ № 2387.
[2] Həsənun Səhih. Səhih Sünən İbn Macə: № 1954. İbn Macə: 1/ 805/ № 2410.