Ürəyi təmiz olanın içki içməsi günahdırmı?

    15.01.2014
Sual: 
Salam aleykum. Men bir insan taniyiram ki, heqiqeten o chox yaxshi insan ve xeyirxah biridir. Chox hormetli bir insandir. Hemishe boyuklere hormet edir. Ne ise bir sozle yaxshi bir insandir. Lakin onun bir sehvi budur ki, spirtli ichki ichir. O, ichende artiq ozunde olmur. Amma ele ki, ichkiden ayilir bu insan, tamamen yeniden deyishir ve yaxshi bir insan olur. O, bunu terk etmek isteyir, lakin bacarmir. Namaz qilmasada, choxlu xeyir ishler gorur. Ureyi chox temizdir. Sualim budur ki, bele bir insan spirtli ichki ichse haram ve ya gunahdirmi?
Cavab: 

Aleykum salam. Ürək nə qədər təmiz olsa da, şəriətə görə spirtli içkilər qəbul etmək qadağandır. Tövbə eləsin, çalışsın ki, içməyən insanlarla oturub-dursun və namaza başlasın. İnşallah düzələr. Allah Təala buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Məidə, 90).
Bilin ki, namaz pis işlərdən çəkindirir: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).

Teqlər: 
Paylaş: